Skip to main content

Haqqımızda

«ARNO-TRANS» MMC şirkətinə müraciət etməklə, sizi maraqlandıran yüklərin, dünyanın istənilən nöqtəsinə çatdırılması məsələlərini həll etmiş olursuz.

«ARNO-TRANS»MMC

«ARNO-TRANS» MMC şirkətinə müraciət etməklə, sizi maraqlandıran yüklərin, dünyanın istənilən nöqtəsinə çatdırılması məsələlərini həll etmiş olursuz.

«ARNO-TRANS» MMC şirkətinin fəaliyyətinin əsas istiqaməti hava, avtomobil, dəmir yolu və dəniz nəqliyyatları ilə bütün dünya üzrə yük daşımaların təşkildir. «ARNO-TRANSR» MMC-in mütəxəssisləri, operativ şəkildə yükün çatdırılmasını, sığortalanmasını və terminall əməliyyatlarını təmin edəcəklər, həmçinin onlar, lazım olduqda gömrük orqanlarındada sənədlərin rəsmiləşdirilməsinədə kömək edəcəklər. Yüklərin anbara(dan) yükalana və ya yük göndərənə, avtomobil nəqliyyatı vasitəsilə götürülməsi, göndərilməsini və çatdırılmasını təşkil edir.

Çoxillik iş təcrübəsi, geniş agent şəbəkəsi və dünyanın ən iri avia və ya istənilən nəqliyyat növü ilə birbaşa bağlanmış müqavilələr sayəsində, sizin yüklərin catdırılması üçün, rahat və optimal marşrutunu seçməyə imkan verir. Hır hansı bir nəqliyyat növü ilə yük daşımaları, sərfəli tariflərlə həyata keçirilir, bu da öz növbəsində zəmanət verir ki, sizin yüklər ünvana vaxtında və salamat çatdırılacaq. Tələb olduqda istənilən növ (tentli, referejator, üst, yan və arxa tərəfdən yükləmələri olan) Avtomobil nəqliyyat vasitələri ilə də yüklərin daşınmasını təşkil edirik.

Eyni zamanda onuda qeyd etmək istəyirik ki biz Turkish Airlines və Lufthansa aviaşirkətlərinin yük agentiyik.

Hazırda «ARNO-TRANS»MMC şirkəti Azərbaycanın “AZAL” (Azəırbaycan Hava Yolları), “Silkway”, Rusiyanın “Aeroflot”, “Utair” “Ural”, Kazaxstanın “Astana Airlins”, və digər dövlətlərin” aviaşirkətləri ilə də sıx əməkdaşlıq edir:

Hava yük daşımaları müntəzəm və çarter reysləri ilə yerinə yetirilir.

Beynəlxalq yük aviadaşımalarına aşağıdakı xidmətlər daxildir:

  • 1 kq və çəkisi yuxarı olan yüklərin dünyanın istənilən nöqtəsinə daşınmasını;
  • Bütün növ (o cümlədən təhlükəli və iri qabaritli yüklərin) "qapıdan- qapıya" olan şərtlərlə yüklərin daşınması;
  • yük yerlərinin komplektləşdirilməsi;
  • Yüklərin tranzit hərəkətinin təşkili;
  • Dünyanın aparıcı aviaşirkətlərinin təyyarələrində azad yük tutumun sifarişi;
  • Yüklərin saxlanması, qablaşdırılması və anbar logistikası;
  • Yükləmə-boşaltma işləri;
  • Yük yerlərinin xüsusi markalarla nişanlanması;
  • Yuk göndərən üçün lazım olan bütün sənədlərin hazırlanması;
  • Yüklərin sığortalanması;
  • Yükün daşınması;
  • Kompleksli informasiya təminatı;
  • Gömrük orqanlarında yükə aid sənədlərin rəsmiləşdirilməsi məsələləri üzrə, ixtisaslı məsləhətlərin verilməsi;
  • Gömrükdə yüklərin rəsmiləşdirilməsi və alınmasında kömək.

Aviadaşıma tarifləri, yükün daşınma xüsusiyyətlərini nəzərə almaqla, aviaşirkətlərin ən cəlbedici qiymətləri ilə hesablanır.
«ARNO-TRANS»MMC şirkəti, öz müştərilərinə, lazımi icazə və başqa sənədlərin alınmasında, seçilmiş daşıyıcının, müştəriyə güzəştli xidmətlərin verilməsinə də kömək edir. Biz həmçinin müştərilərə ixtisaslaşmış məsləhət dəstəyi veririk və istənilən nəqliyyat növü ilə yük daşınması məsələlərini həll edirik.

Siz yüklərin daşınma xidmətləri ilə bağlı, Heydər Əliyev prospekti 115.187 "Caspian Sport" Hotel Plazanın ərazisində yerləşən “B” korpusu 16 mərtəbə, otaq 1607 C də yerləşən, şirkətin baş ofisinə müraciət edə bilərsiniz.

Tel: (ofis)

Tel: (faks)

mob.tel.

+ 994 12-555-95-05

+ 994 12-566-05-55

+ 994 70-555-95-05,

+ 994 55-576-24-56.

Beynəlxalq hava daşımaları

«ARNO-TRANS» MMC yükdaşıma və logistika şirkəti hava daşımaları sahəsində kompleks xidmətlər təklif edir. Yükünüz şirkətimiz tərəfindən təhlükəsiz şəkildə və qısa bir müddət ərzində çatdırılır. Şirkətimiz yükdaşıma və logistika şirkəti olaraq bu daşımalar üçün lazımı şərait yaradıb və hər sifarışə individual olaraq yanaşırlar.

Avtomobil ilə yol daşınmaları

Yüklərin çatdırılması üçün dünyada ən tanınmış vasitələrdən biri avtodaşıma xidmətidir. Avtomobil ilə yol daşınmaları qənaətcildir və müxtəlif yük kateqoriyalarını daşımağa imkan verir. «ARNO-TRANS» MMC yükdaşıma və logistika şirkəti operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək, yükün təhlukəsiz və keyfiyyətli avtoyükdaşımasını təmin edir.

Dəmir yolu ilə daşımalar

Şübhəsiz dəmiryolu nəqliyyatının bir çox üstünlükləri var, lakin onlardan ən əsası dəmiryolu nəqliyyatının müxtəlif növlü olmasıdır. Bu müxtəlif ölçülü yükləri istənilən məsafəyə daşımağa imkan verir. «ARNO-TRANS» MMC yükdaşıma və logistika şirkəti dəmir yolu yük daşımaları üçün lazım olan logistik və nəqliyyat xidmətlərini təqdim edir.

Dəniz yolu ilə yükdaşımalar

Dənizlə daşıma böyük həcmdə olan yüklərin daşınmasına imkan yaradır. Bundan başqa yüklərin böyük məsafələrə daşınması üçün də əlverişlidir. «ARNO-TRANS» MMC yükdaşıma və logistika şirkəti konteyner və qabaritsiz dəniz daşımaları təklif edir.